Çin süni intellektlə bağlı beynəlxalq əməkdaşlıq təklif edib


Çinin Baş naziri Li Qianq süni intellekt sahəsində beynəlxalq təşkilat yaradılmasını təklif edib. SİA xəbər verir ki, hökumət başçısı bu barədə Şanxayda keçirilən forumda bildirib.

Çinin hökumət başçısı qeyd edib ki, süni intellekt inkişaf üçün yeni qüvvə ola bilər. Lakin onun idarə edilməsində pərakəndəlik var. Süni intellektin qlobal səviyyədə tanınan çərçivəsinin yaradılması üçün beynəlxalq əməkdaşlıq vacibdir.

Əlaqəli Xəbərlər