Abxaziya sakinləri rusiyalı turistlərdən razı qalmamalarının daha bir səbəbini açıqlayıblar. Məlum olub ki, yerli əhali qonaqların görünüşündən razı deyil.
SİA-nın məlumatına görə, Suxumda hava limanının açılışından sonra Abxaziya rusların marağına səbəb olub. Ancaq bütün qonaqlar yerli əhalinin ürəyincə deyil.
Belə ki, Abxaziya sakinləri ziyarətçilərin yarıçılpaq görünməsindən şikayətləniblər.
İddialara görə, onlar açıq-saçıq çimərlik paltarında küçələrdə dolaşaraq ədəb qaydalarını pozurlar.
…Bağışlayın, onların qısa tumanlarından hər şey düşür, deyə yerli sakinlərdən biri, Aida deyir.
Eyni zamanda, ruslar şərhlərə aqressiv reaksiya verir və polis “çörək verənlərlə” münaqişə etmək istəməyərək onları cərimə etmir.
Turistlərin başqa bir kateqoriyası yerli kişiləri cəlb etməyə çalışan macəra axtaranlardır.
Aida xəbərdarlıq edib ki, yerli sakinlər temperamentlidilər və açıq-saçıq geyinmiş qızlarla hekayələri “pis bitə bilər”.
Əli Babayev