Məhkəmə reklamlarda “yalnız müsəlmanlar üçün” ifadəsini qadağan edib…


Moskva məhkəməsi reklam sahiblərinə “yalnız müsəlmanlar üçün” ifadəsini işlətməyi qadağan edib. Məhkəmənin belə ifadələrdən istifadə edilməsi ilə bağlı iki işə baxdığı bildirilir. Birinci halda, Moskva vilayətinin Drozdovo kəndindəki kottec, ikincisində – paytaxtın Golyanovo şəhərindəki mənzillər icarəyə verilib…

SİA-nın məlumatına görə, hər iki reklamda onların müəllifləri İslam dininə etiqad edən və pis vərdişləri olmayan insanları kirayəçi kimi görmək istəyiblər.

Lakin məhkəmə belə qənaətə gəlib ki, belə bir tələb ayrı-seçkilik xarakteri daşıyır və ondan istifadə edilməməlidir. Bundan əvvəl Moskva məhkəməsi “yalnız slavyanlar üçün” qeydi olan iş elanlarını qadağan edib. Beləliklə, milli mənsubiyyətə görə ayrı-seçkiliyin bu cür təzahürlərinin yolverilməzliyini qeyd edən prokurorluğun vəsatəti təmin edilib.

Əli Babayev

Əlaqəli Xəbərlər