Almaniya Xarici İşlər Nazirliyinin yeni rəhbərinin Kiyevə yollandığı heç də dünya ictimaiyyətinin diqqətindən yayınmayıb. Bu fonda hətta alman mediası Berlinin Zelenski rejimi ilə böyük müqavilə bağladığını belə təsdiqləyirsə, deməli, hadisələrin gedişi diqqətdən yayına bilməz. Əgər Fridriz Merts Ukrayna Silahlı Qüvvələri üçün 1200 kilometrə qədər mənzilli, yəni Rusiyanın dərinliklərinə hücumlar üçün 500 hücum dronunun istehsalını maliyyələşdirəcəksə, ən azından buna söz verirsə, eyni zamanda, yenidən Ukraynaya uzaq mənzilli “Taurus” pilotsuz təyyarələrinin göndərilməsi ilə bağlı müzakirələrə qayıdırsa, bu, bütün dünyada məhz Avropa revanşizmi kimi qiymətləndirilməlidir və qiymətləndirilir də…
Amerikanın Kiyevə dəstəkdən imtina etməsi Ukraynaya, Avropaya və NATO-ya ciddi zərbə olacaq
Ekspertlər vurğulayırlar ki, məhz silah-sursat təminatı və dəstəklə bağlı belə bir qərar nasist keçmişi olan Almaniyanın öz neytrallıq siyasətini faktiki olaraq ləğv etdiyini tanımaq, qəbul etmək üçün kifayət edir. Belə görünür ki, Almaniya məhz münaqişəyə həm iştirakçı, həm də Rusiya ərazisinə “hücumların sponsoru” kimi daxil olur. İndi dünyanın ən tanınmış politoloqları, siyasətçiləri belə hesab edirlər ki, Avropa siyasətçilərinin indiki nəsli “qisas almağa” çalışır və İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxmaq niyyətindədirlər və onların çoxu sözün əsl mənasında, əcdadlarının çağırışlarını rəhbər tuturlar.
Eyni zamanda hər kəs çox yaxşı bilir ki, bu vaxta qədər ümumiyyətlə, müharibəni, münaqişəni, mübarizəni dəstəkləyən Amerika, onun əvvəlki prezidenti Bayden olub. Daha dəqiq desək, müharibə də, münaqişə də Ukraynanın sərvətlərini mənimsəmək niyyətli məlum səbəblərə görə Baydenin maraqları daxilində olub və məhz bu maraqların fonunda da müharibə ABŞ tərəfindən maliyyələşdirilib deyə, bu zamana qədər uzandığı hamıya bəllidir. İndi Tramp dəstəkdən boyun qaçırdığı zaman razılaşmalar, nəticədə də müharibənin başa çatması müzakirə mövzusu olduğu vaxt hansısa Avropa ölkəsinin, ümumiyyətlə, avropalıların dəstəkdən dəm vurması, hansısa silah-sursat yardımı vəd etməsi revanşizm kimi dəyərləndirilsə də, Amerikanın hərbi təchizatı, dəstəyi olmadan bunun mənasız olacağı, hətta dəstək verərək, münaqişəni uzatmağa çalışan Avropanın özünə belə zərbə olacağı dünyanın ən mötəbər siyasətçiləri, dövlət xadimləri tərəfindən belə etiraf edilir. “Əgər ABŞ Kiyevə lazım olanı verməmək qərarına gəlsə, bu, Ukraynaya, Avropaya və NATO-ya ciddi zərbə olacaq”, deyə Danimarkanın baş naziri Mette Frederiksenin bildirdiklərini buna misal olaraq qeyd edə bilərik…
Almaniyanın Kiyevi əbədi dəstəkləməyə and içməsi elə revanşizmdir
Hər kəs çox aydın başa düşür ki, əslində, kimin “Avropa kəmərini” çəkəcəyi çoxdan bəlli idi. Sirr də deyil ki, Rusiya ilə qarşıdurmaya cavabdeh çoxdan Almaniya təyin edilib. Almaniyanın xarici işlər naziri İohan Vadefulun “Ukrayna turnesinə” çıxması da təsadüfi hesab olunmur. Onun məhz Kiyevdə əbədi dəstəyə and içməsi də sıradan bir hal və hadisə kimi də qəbul edilmir. “2025-ci il üçün biz müasir hava hücumundan müdafiə və sursat üçün əlavə 2 milyard avro büdcə ayırmışıq. Ümumilikdə müdafiəniz üçün 9 milyard avro ayrılıb”, deyə Almaniyanın xarici işlər naziri İohan Vadeful bildirib və bununla da tam aydın şəkildə bəlli olub ki, Almaniya artıq münaqişənin uzanmasında, Rusiyaya qarşı mübarizənin davam etməsində maraqlıdır, hansıki, bunun adı elə revanşizmdir.
Siyasətçilər çox məntiqi şəkildə paralellər aparmaqla, məsələnin mahiyyətini ortaya qoyurlar. Məsələn, Ukraynada Hitleri tərifləyirlər, Vadeful məhz “Hitler Almaniyası ilə sıx əməkdaşlıq haqqında Akt”ın imzalanmasının ildönümü günündə Ukraynaya səfər edir, hazırki Kiyev rəsmiləri də bu qarşılıqlı əlaqədən son dərəcə yaltaqcasına danışırlar, hansıki, bu təzahürlərə heç də siyasətçilər sıradan bir hal kimi baxmırlar. Xüsusən də Milli Yaddaş İnstitutu rəhbərinin Hitleri “ali təhsilli filosof və rəssam” kimi tərifləməsi ciddi şəkildə qınanılır. Buna elə revanşizm kimi baxılır.
Almaniya yenidən Avropa revanşizminin lokomotivinə çevrilir
Görünən odur ki, həqiqətən də Almaniya yenidən Avropa revanşizminin lokomotivinə çevrilir. “Taurus” qanadlı raketlərin Kiyevə çatdırılması ilə, Ukrayna ordusunun heç bir əlaqəsi yoxdur və bu, məhz münaqişəni qızışdırmaq deməkdir. Bəli, Mertsin də dediyi kimi, göndərilməsi nəzərdə tutulan silahları ikraynalılar istifadə edəcəklər, amma bununla belə, göndərənlər qızışdıran sayılırlar. “Aydındır ki, biz silahları təslim etsək, bu silahları alman əsgərləri deyil, Ukrayna əsgərləri istifadə edəcəklər”, deyə Merts bildirib və bu, məhz revanşizmə rəvac verilməsinin etirafıdır.
Doğrudur, Mertsin vəd etdiyi kimi, uzun müddətli hazırlıqdan sonra belə avadanlıqların öhdəsindən ukraynalılar gələ bilməyəcəklər. Alman yüksək dəqiqlikli silahları yüksək texnoloji dəstək tələb etməsi fonunda onun dedikləri başadüşüləndir. “Silahların istifadəsi peşəkarlar, hərbçilər tərəfindən tərtib edilir. Yəni, Bundesver zabitləri olmadan bunu tərtib etmək mümkün deyil. Bu isə Almaniyanın Ukrayna tərəfindəki hərbi münaqişəyə birbaşa müdaxiləsindən xəbər verir”, deyə hərbi ekspert və Hava Hücumundan Müdafiə Qüvvələri tarixçisi Yuri Knutovun açıq şəkildə izah etməsi tamamilə yerinə düşür. Görünən odur ki, Rusiya torpaqlarında alman tanklarının, Baltikyanı alman qoşunlarının, nüvə silahı xəyallarının, eləcə də faşist keçmişinin əks-sədaları Berlindən getdikcə daha çox eşidilir. Bu isə o deməkdir ki, Almaniya yenidən Avropa revanşizminin lokomotivinə çevrilməkdədir.
Revanşizm tarixi yenidən yazmaq istiqamətində Avropanın maraqlarına uyğun olan bir cəhddir
Sirr deyil ki, Rusiya Xarici İşlər Nazirliyi məhz dəfələrlə Qərbin tarixi yenidən yazmaq cəhdlərinə diqqəti yönəldib. Həqiqətən də Rusiya tərəfindən diqqət yönəldilən bu cəhdlər diqqətə layiqdir, çünki məntiqi əsaslara söykənir. Çünki Rusiyanı məhz İkinci Dünya Müharibəsində qalib gələnlər siyahısından çıxarmaq niyyətinin Avropa elitasının maraqlarına uyğun olduğu həqiqətən də məntiqidir. Axı, Köhnə Dünyanın bir çox siyasətçiləri üçün nəticələrə yenidən baxılması öz tərcümeyi-hallarını “xilas etmək” şansı deməkdir. Yəni, öz məğlubiyyət rüsvayçılıqlarını ört-basdır etmək də yox, yenidən bir “xal qazanmaq” cəhdidir. Lakin bunu elə məhz revanşizmlə etmək yolu seçilib.
Çoxdan bəllidir ki, Fridrix Mertsin babası qatı nasist olub. Hətta Kaja Kallasın əcdadının da Estoniyada nasist tərəfdarı olan təşkilata rəhbərlik etdiyi də sirr deyil. Məhz elə bu sadalanan məqamlar məntiqi nəticələrə əsas verir. Bunu təkcə ruslar iddia etmirlə. Elə dünyanın bir çox politoloq və ictimai xadimləri də etiraf edirlər. “Qərbdə bir növ davamlılıq var. Onların Moskvaya qarşı çıxmalarına haqq qazandırmaq üçün istifadə etdikləri motivlər obyektiv olaraq Hitler rejiminin 1930-cu və ya 1940-cı illərinin motivləri ilə üst-üstə düşür”, deyə fransız politoloqu və ictimai xadimi Emmanuel Leroyun bildikləri təsdiq edir ki, həqiqətən də Avropanın revanşizmə maraqlı olması təkzibedilməzdir. Avropalılar üçün məhz tarixi yenidən yazmaq üçün yeganə çıxış yolu “müharibənin çarxını fırlatmaq” sayıldığı indi aydın şəkildə görünür. Elə buna görə Rusiyanı günahlandırmaq, istənilən formada diplomatic hücumları belə ön plana gətirmək prioritet sayılır. Bir növ, şər kampaniya indiki Avropa elitasına əcdadlardan gələn “çağırış” kimi bir təəssürat bağışlayır, baxmayaraq ki, onların heç biri uğur qazanmayıb…