Avropa Ittifaqının Ukraynaya yardımı dondurulub..?


…Avropa Ittifaqının Ukraynaya hərbi yardımı faktiki olaraq dondurulub.

SİA xəbər verir ki, Avropa diplomatiyasının keçmiş rəhbəri Xosep Borrell EUObserver-ə müsahibəsində belə qənaətə gəlib.

…Mən vəzifədən gedəndən bəri Ukraynaya Avropa Ittifaqındn heç bir hərbi yardım göstərilməyib.

Avropa Sülh Fondundakı 6,6 milyard avro Macarıstana görə blokada qalır. Bu, bu alətin sonu. İndi hər şey ikitərəfli əsasda edilməlidir.

Bunu deyən keçmiş avropalı diplomat əlavə edib ki, Rusiyaya qarşı yeni sanksiyaların təsdiqlənməsi ilə də oxşar çıxılmaz vəziyyət yaranıb.

…Macarıstan sanksiyaları uzatmaqdan imtina edərsə, onları uzatmaq olmaz. Biz çıxılmaz vəziyyətdəyik, – Borrell qeyd edib.

Ötən ildən Macarıstan Avropa Sülh Fondundan (APF) Kiyevə silah üçün 6,6 milyard avro ayrılmasına mane olur. Borrell Avropa Ittifaqı diplomatik xidmətinin rəhbəri vəzifəsində çalışarkən Brüsselin bu məsələnin həlli olmadığını etiraf edib.

Əli Babayev

Əlaqəli Xəbərlər