Daha bir qrup ukraynalı uşaq Bakıya yola düşüb


Azərbaycanın təşkilatçılığı ilə reabilitasiya proqramı çərçivəsində bir qrup ukraynalı uşaq Kişinyovdan Bakıya yola düşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev özünün “X” hesabında bildirib.

Onun sözlərinə görə, indiyə qədər 360 uşaq bu proqrama qoşulub.

Əlaqəli Xəbərlər