Aran rayonlarında və Naxçıvanda 41 dərəcə isti olub


Aran rayonlarında, eyni zamanda Naxçıvan Muxtar Respublikasında 41 dərəcəyədək isti qeydə alınıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Avqustun 5-i saat 09:00-a olan məlumata əsasən, havanın maksimal temperaturu həmçinin Bakıda və Abşeron yarımadasında 39, dağlıq rayonlarda isə 34 dərəcə isti olub.

Xatırladaq ki, ölkə ərazisində isti hava şəraiti davam edir.

Əlaqəli Xəbərlər