…Kamçatka sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti” Federal Araşdırmalar Mərkəzinin Kamçatka bölməsinin mətbuat xidməti məlumat yayıb. …Petropavlovsk-Kamçatskidən məsafə: 158. Dərinlik: 43,8 km. Maqnituda: 5,0, – məlumatda deyilir.
İyulun 30-da Kamçatkada zəlzələ baş verib, maqnitudası 8,8-ə çatıb, bu seysmik hadisə 1952-ci ildən bəri regionda ən güclü zəlzələ olub.
Bölgə sakinlərinə sunami təhlükəsi barədə xəbərdarlıq edilib, Severo-Kurilski rayonunda fövqəladə vəziyyət elan edilib. Kamçatkada baş verən ən böyük zəlzələ vulkanik aktivliyin artmasına səbəb olub.
625-ci ildə ilk dəfə olaraq Kraşeninnikov vulkanı püskürməyə başladı, Avaçinski vulkanı aktivləşdi və Klyuçevskoyda lava axınları axmağa başladı.
Əli Babayev