Baş prokuror Xaçmazda vətəndaşları qəbul edəcək


Baş prokuror Kamran Əliyev avqustun 15-də, saat 10:00-da Xaçmaz rayon prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayon sakinlərinin qəbulunu keçirəcək. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Xaçmaz rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Əlaqəli Xəbərlər