ABŞ-də iki təyyarə toqquşub. SİA xəbər verir ki, bu haqda “The Sun” nəşri məlumat yayıb. İki kiçikhəcmli təyyarə Kalispell aeroportunun uçuş-enmə zolağında bir birinə dəyib. Nəticədə böyük partlayış baş verib və qatı duman səmaya qalxıb. Hadisə zamanı ölən və yaralananların olub-olmadığı barədə hələlik məlumat verilməyib. Hadisə yerinə aidiyyəti orqanların əməkdaşları cəlb olunub.