…Və indi də deyilənlərə görə, Donald Tramp və Vladimir Putin arasında Alyaskada gözlənilən görüş Z icmasını yaman məyus edib.
Belə ki, rusiyalı təbliğatçı Maksim Kalaşnikov təəssüflə bildirib ki, müharibə tezliklə bitəcək, çünki Rusiya Federasiyası özünü çox zəif göstərib.
SİA-nın məlumatına görə, bunu “Dialoq” yazır.
Qeyd edək ki, müharibəyə qızğın dəstəyi ilə tanınan Kalaşnikov, mahiyyətcə Rusiya strategiyasının məğlubiyyətini etiraf etdiyi və hazırkı təmas xətti boyunca müharibənin tez bir zamanda dondurulacağını proqnozlaşdırdığı ətraflı təhlilini dərc edib. Kalaşnikovun sözlərinə görə, Trampın Putinlə görüşü artıq razılıq əldə olunduğunu göstərir.
…Əks halda, görüşməzdilər. Yəni, bizə sadəcə imza atmaq lazımdır.
Kalaşnikov yazır bunu və hesab edir ki, yeganə mümkün nəticə cəbhə xəttində münaqişənin dondurulmasıdır.
Z patriotu ərazilərin mübadiləsi variantına inanmır.
Z patriotun fikrincə, Putinin aqressiyanı dayandırmağa hazırlaşdığı əsas arqumentlərdən biri Rusiya iqtisadiyyatının kritik vəziyyətidir.
O, iddia edir ki, hərbi əməliyyatların davam etdirilməsi tamamilə çökməyə və nəticədə ölkə daxilində ciddi siyasi böhrana səbəb ola bilər.
…İqtisadi vəziyyətimiz nəzarətdən çıxır.
Bunu da Kalaşnikov yazır və vurğulayır ki, amerikalı analitiklər son iyirmi ildə “neft-qaz iynəsi”ndən qurtula bilməyən Rusiya maliyyə sisteminin zəifliyini yaxşı bilirlər.
Onun fikrincə, bu, ABŞ-ın təzyiq rıçaqına çevrilib. Kalaşnikov Rusiyanın ciddi texnoloji və hərbi geriliyini də etiraf edir.
O qeyd edir ki, qoşunlar keçilməz “dron xətti” – Ukrayna PUA-ları ilə doymuş 20 kilometrlik zona ilə üzləşib.
O, əmindir ki, rus ordusu qətiyyətli hücuma keçmək və mövqe dalanını qırmaq iqtidarında deyil.
Fakt budur ki, Donbası tam ələ keçirmək üçün bir sıra iri şəhərlərə hücum etmək lazım gələcək. Amma Rusiya ordusu bunu etməyə qadir deyil.
…Tramp açıq şəkildə görür ki, Rusiya Federasiyası mövqe dalanından çıxmaq üçün əməliyyat həyata keçirə bilməz. Yəni bizim ölkəmiz böyük məqsədlərlə heç bir həlledici yay hücumu həyata keçirməyə qadir deyil.
Deyim ki, Kalaşnikov bunu təəssüflə bildirir.
O, həmçinin qeyd edib ki, üç illik müharibədən sonra Ukrayna nəinki özünü uğurla müdafiə edir, həm də Rusiya Federasiyası üçün bir sıra son dərəcə ağrılı əməliyyatlar həyata keçirib.
Z-patriot Rusiya nüvə triadasının elementlərindən birinə təsir edən əfsanəvi SBU “Veb” əməliyyatını, Rusiya strukturlarına irimiqyaslı kiberhücumları, Rusiyanın arxa hissəsindəki enerji obyektlərinə zərbələr endirməsini və hava nəqliyyatını iflic vəziyyətinə saldığını xatırladır.
Əslində Rusiya müharibəni uduzdu. Onun davam etməsi rejim üçün həddən artıq təhlükə yaradır və görünür, Rusiya diktatoru onu susduracaq..?
Əli Babayev