Dirəklə tullanmada isveçli Armand “Mondo” Duplantis Budapeştdə 6,29 metr hündürlüyə tullanaraq 13-cü dəfə dünya rekordunu müəyyənləşdirib. SİA xəbər verir ki, Mondonun yolu 2020-ci ilin fevralında başlayıb. O, Polşanın Torun şəhərində 6,17 metr tullanaraq, uşaqlıq kumiri Renaud Lavillenienin səkkizillik rekordunu yeniləyib.
“Mən Renaudu hörmətlə anmaq istəyirəm, onsuz bu hündürlüyü aşa bilməzdim”, – deyə o bildirib. Cəmi bir həftə sonra 20 yaşlı idmançı nəticəsini daha bir santimetr artıraraq, Şotlandiyanın Qlazqo şəhərində keçirilən qış turnirində 6,18 metr tullanıb.
2022-ci ildə Duplantis üç dəfə rekordu yeniləyib (6,19; 6,20; 6,21 m) və həm qapalı, həm də açıq havada dünya çempionatlarında qızıl medal qazanıb.
2023-cü ildə o, Lavillenie turnirində 6,22 metr, daha sonra Yucin şəhərində 6,23 metr tullanaraq rekordu yeniləyib.
“Mən Renaudu hörmətlə anmaq istəyirəm, onsuz bu hündürlüyü aşa bilməzdim”, – deyə o təkrar vurğulayıb.
2024-cü ilin aprelində 6,24 m, Paris Olimpiya finalında 6,25 m, üç həftə sonra Katovitsdə 6,26 m.
2025-ci ildə isə o, iki dəfə rekord qırıb: Klermon-Ferrandda 6,27 m, Stokholmda isə 6,28 m tullanıb.