…İtaliyanın baş naziri Giorgia Meloni iddia edir ki, ABŞ prezidenti Donald Tramp NATO Nizamnaməsinin 5-ci maddəsinə əsasən Ukrayna üçün təhlükəsizlik zəmanəti ideyasını bölüşür. Onun sözlərinə görə, təhlükəsizlik təminatı əsas məsələ olaraq qalır və bu aspekt Ankoricdə ən maraqlı müzakirələrin mövzusu olub.
…Bununla əlaqədar olaraq, Prezident Tramp bu gün İtaliyanın NATO Nizamnaməsinin 5-ci maddəsindən ilhamlanan təhlükəsizlik təminatlarının təmin edilməsi ideyasını bir daha təsdiqlədi. Təklifin başlanğıc nöqtəsi Ukraynaya ABŞ da daxil olmaqla, bütün tərəfdaşlarının dəstəyindən faydalanmağa imkan verəcək və təkrar hücum halında müdaxilə etməyə hazır olan kollektiv təhlükəsizlik müddəasının müəyyən edilməsidir.
SİA-nın məlumatına görə, Meloni bunu mətbuat xidmətinin yaydığı bəyanatda bildirib.
İtaliya vaxtilə Ukraynanı NATO-ya qəbul etmədən kollektiv müdafiə müddəalarını genişləndirməyi təklif etmişdi, o xatırladıb.
Meloni təsdiqləyib ki, Alyaskada keçirilən Rusiya-ABŞ sammitindən sonra Ukraynada nizamlanma imkanları yaranır. …Avropa dövlətləri danışıqların hazırkı mərhələsində Ukraynanı dəstəkləməkdə yekdil olaraq qalır. Sülhə gedən yol asan deyil, lakin onun izlənilməsi vacibdir, – bəyanatda deyilir.
Qeyd edək ki, NATO Nizamnaməsinin 5-ci maddəsi alyans dövlətlərinin kollektiv müdafiəsinə aiddir.
Əli Babayev