Rusiya kütləvi iflaslar və işsizliyin artacağını gözləyir





Domodedovo hava limanının əməkdaşları maaşlarının 80 faiz azaldığını bildirirlər.



…Rusiyada iqtisadi böhran güclənir. Ölkə daxilində şirkətlər qənaət tədbirlərinə keçir, maaşları və iş saatlarını azaldır.

SİA-nın məlumatına görə, bu barədə Daily Express yazır.

Bir neçə şirkət yüz minlərlə işçiyə təsir edəcək dörd günlük iş həftəsinə keçid elan edib.

Onların arasında Çelyabinsk Elektrometallurgiya Zavodu, KAMAZ, QAZ, eləcə də Rusiya Dəmir Yolları, AvtoVAZ və UAZ var.

Moskvada vəziyyət xüsusilə kəskindir.

Domodedovo hava limanında çalışanlar maaşların 80 faiz azaldığını bildiriblər.

Bir çox işçi indi əvvəlki gəlirlərinin yalnız beşdə birini alacaq, bu isə kütləvi ixtisara səbəb olub – 200-ə yaxın insan etiraz əlaməti olaraq şirkəti tərk edib.

Hava limanının rəhbərliyi tədbirləri böyük borc yükü ilə izah edir. Ümumi borc 70 milyard rubla çatıb və təkcə 2025-ci ildə faizlərin ödənilməsi üçün 8 milyarda ehtiyac olacaq.

Yeni baş direktor Andrey İvanov etiraf edib ki, böhran sərnişin axınının azalması, itkilər və səmərəsiz idarəetmədən qaynaqlanıb.

Aqrar sahədə problemlər getdikcə ağırlaşır.

Rostov vilayətində buğda məhsulu keçən illə müqayisədə 24 faiz azalıb – cəmi 8,2 milyon ton yığılıb.

İqtisadi İnkişaf naziri Maksim Reşetnikov etiraf edib: “Ardıcıl ikinci ildir ki, biz ümumi məhsulun ciddi şəkildə azalması ilə üzləşirik”.

İqtisadçılar qeyd edirlər ki, yüksək inflyasiyanın, faiz dərəcələrinin və məhsulun azalmasının birləşməsi kütləvi iflaslar və işsizliyin artması təhlükəsi yaradır.

Əli Babayev

Əlaqəli Xəbərlər