Ağ Evdə bu gün keçirilən görüşdə Ukrayna üçün qəbuledilməz qərarlar olmayıb.
Tərəfdaşlar arasında məzmunlu söhbətlər aparılıb.
SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna prezidenti Vladimir Zelenskinin brifinqinə istinadən məlumat verib. Xüsusilə, Ağ Evdə keçirilən görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması formatına aid olacaq Ukrayna üçün hər hansı qəbuledilməz qərarın təklif edilib-edilmədiyi soruşulub.
…Bu, müzakirədir, tərəfdaşlarla dialoqdur. Bizim hər birimizin öz arqumentləri var. Qəbul olunmaz qərarlar olmayıb. Düşünürəm ki, hər birimiz öz işimizi gördük, – deyə Zelenski cavab verib.
O, Ağ Evin cari cəbhə xətti ilə xəritə nümayiş etdirməsinə də münasibət bildirib.
Onun sözlərinə görə, o, işğal olunmuş ərazilərin hər faizi üçün iddiasını irəli sürüb.
…Xəritədə mən Amerika müttəfiqlərinə döyüş meydanındakı vəziyyəti göstərdim. Kim həqiqətən döyüş meydanına, bizim torpaqlarımızda, müvəqqəti işğal olunmuş ərazilərdə nəzarət edir, – Ukrayna prezidenti əlavə edib.
Əli Babayev