Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları şərti adı “Xaş-xaş-2025” olan kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həmin tədbir çərçivəsində rayonun Cavad və Əlicanlı kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Ümumi çəkisi 2 ton 110 kiloqram olan 2 min 357 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.