ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukrayna ilə müharibədən bezdiyini deyib, lakin etiraf edib ki, Rusiya lideri Ukrayna ilə sövdələşməyə hazır olmaya bilər. SİA-nın məlumatına görə, Amerika prezidenti bunu Fox News telekanalına müsahibəsində deyib.
…Məncə, Putin bundan yorulub. Məncə, onların hamısı bundan bezdi, amma kim bilir, – Amerika prezidenti deyib. Vəziyyətin nəticəsi, Trampın fikrincə, yaxın həftələrdə Putinin reaksiyasından sonra bəlli olacaq.
…Prezident Putinlə nə baş verəcəyini yaxın bir neçə həftə ərzində öyrənəcəyik… O, razılaşmaq istəməyə bilər,- deyən Tramp, əks halda Putinin “çətin vəziyyətlə” üzləşə biləcəyini bildirib.
Əli Babayev