Əfqanıstanın Herat vilayətindən paytaxt Kabil şəhərinə miqrantları daşıyan avtobus, motosiklet və yük maşını toqquşub. SİA xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, hadisə nəticəsinə 17-si uşaq olmaqla, 71 nəfər həyatını itirib.