Belarusda təbii qazın qiyməti bəzi istehlakçılar üçün dəyişib. SİA-nın məlumatına görə, bu, Milli Hüquq İnternet Portalında dərc olunan MART qətnaməsində nəzərdə tutulub.
Sənədə əsasən, fərdi qaz qızdırıcı cihazlarından istifadə zamanı qazın bir kubmetrinin qiyməti 20,62 qəpikdən 21,25 qəpiyə qalxıb.
Yəni qiymətlər 3 faiz (+0,63 qəpik) artıb.
Yataqxanaları olan təşkilatlar üçün yeni qiymət – orada yaşayan vətəndaşların qazdan istifadəsinə görə müəyyən edilib.
Bundan əlavə, dəyişikliklər dini qurumlara, ailə tipli uşaq evlərinə, uşaq kəndlərinə və şəhərciklərinə, həmçinin hospislərə də təsir edib.
Yeri gəlmişkən, eyni kateqoriyalı istehlakçılar üçün fərdi qaz qızdırıcısı olmadığı halda tarif dəyişməz qalıb – hər kubmetr üçün 54,77 qəpik.
Nazlı Almuradova