Üç qardaş dövlətin Türkmənistanda keçirilən görüşü dünyaya bir mesajdır


“Azərbaycan, Özbəkistan və Türkmənistan dövlət rəhbərlərinin Türkmənistanda keçirilən üçtərəfli görüşü qardaşlığın, dostluğun və əməkdaşlığın yeni bir nümunəsidir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri xüsusilə qeyd edib ki, hər üç dövlət rəhbəri bu görüşdə özlərinin aydın məqsədlərini, gələcək planlarını bəyan ediblər və bildiriblər ki, bu döstluq, əməkdaşlıq uzun müddət davam etdiriləcək, xalqlarım milli maraqlarına söykənərək, ölkələrin inkişafına xidmət edəcəkdir.

“Azərbaycanın Özbəkistanla möhkəm, sıx əlaqələri mövcuddur. Özbəkistan Prezidentinin Azərbaycana səfərləri, cənab İlham Əliyevin Özbəkistana son səfərləri ölkələr arasında geniş imkanlar yaradıb və bilavasitə hər iki dövlətin milli maraqlarının təmin olunmasına yönəldilibdir. Özbəkistan işğaldan azad olunmuş ərazilərdə quruculuq-bərpa işlərində fəal iştirak etməklə, özünün xeyirxah məqsədlərini ortaya qoyub və maddi-mənəvi dəstəyini Azərbaycandan əsirgəmir. Azərbaycan da öz növbəsində Özbək xalqının rifahına, gələcəyinə diqqətlə yanaşır və iki ölkə arasında dostluq əlaqələrinin möhkənlənməsi daim ön plandadır.

Tükrmənistanla da əlaqələrimiz genişdir və həmin ölkənin dövlət rəhbərinin Azərbaycana son səfəri bunu bir daha göstərdi. O, nəinki Bakıda oldu, eyni zamanda, işğaldan azad olunmuş ərazilərə səfər etdi və Azərbaycanla əlaqələrin möhkəmlənməsinə və gələcəkdə bu istiqamətdə işlərin görülməsinə əminliyini bildirib. Üç qardaş dövlətin Türkmənistanda keçirilən görüşü dünyaya bir mesaj idi. Bu, dostluğun, qardaşlığın rəmzi olmaqla bərabər, həm də gələcək inkişaf oerspektivlərini müəyyən edən bir görüş oldu. Hər üç ölkənin rəhbəri demokratiyaya, azadlığa, insan haqlarına hörmətlə yanaşdıqlarını bəyan ediblər və bildiriblər ki, bu istiqamətdə bundan sonra işlər daha da sürətləndiriləcək. İqtisadi, ticari, mədəni əlaqələrin genişləndirilməsi məsələləri görüşün əsası olub və əlbəttə ki, yeni nəqliyyat marşrutlarının açılması, ticarət əlaqələrinin genişləndirilməsi bu görüşlərdə öncüllük təşkil edib.

Azərbaycan Prezidentinin hər bir görüşü bəşəri dəyərlərə, ideyalara söykənir. Bu dəfə də Azərbaycan Prezidenti özünün sülhsevər amallarını bir daha nümayiş etdirdi. Əlaqələrə, dostluğa, sülhsevərliyə böyük önəm verdiyini bildirməklə bərabər, dövlətlərə də bu istiqamətdə mübarizə aparmağı tövsiyyə, çağırış etdi. Türkmənistan səfəri uğurları ilə bir tarixdir. Çünki bu tarix bilavasitə üç dövlətin xalqları üçün, ölkələrin inkişafı üçün təhlükəsiz baxımından vacib və əhəmiyyətli sayılır. Azərbaycan Prezidenti hər bir səfərində məhz dünyada sülhün yaradılmasını vacib hesab etdiyini vurğulayıb, bütün çıxışlarında insanları birliyə, səfərbərliyə, dünyada sülh uğrunda mübarizəyə səsləyib. Bundan əvvəl Kəlbəcərdə olduğu zaman da Azərbaycan Prezidenti dünyaya mesaj ünvanladı, sülh, dostluq, əmin-amanlıq, insan haqları ilə bağlı mübarizənin genişləndirilməsini vacib olduğunu vurğulayıb. Tükrmənistan səfəri, üç dövlət rəhbərinin bu görüşü hər üç xalqın milli maraqlarının təmin olunmasına xidmət edir və gələcək üçün yaxşı ümidlər yaradır”, – deyə Tahir Rzayev bildirib.

Əlaqəli Xəbərlər