Kadırovun qardaşı oğlu Qroznıda ölüm törədib…


…Çeçenistanın Hesablama Palatasının sədri və respublika rəhbəri Ramzan Kadırovun qardaşı oğlu Yasin Zakriyev 2025-ci il iyulun 20-də Qroznıda yol qəzası törədib və nəticədə ər-arvad ölüb, iki övladı ağır xəsarət alıb.

SİA-nın məlumatına görə, bu barədə Memorial İnsan Hüquqları Mərkəzi xəbər verir.

Mərkəzin məlumatına görə, Zakriyev onların maşınına arxadan çırpılıb.

…Dəfn mərasimi ertəsi gün baş tutub: hakimiyyətin göstərişi ilə dərhal ailələr arasında barışıq aksiyası keçirilib. Cinayət işi açılmayıb, – hüquq müdafiəçiləri bildirib.

Çeçenistanın müxalif “Niyso” hərəkatı yerli sakinlərə istinadən iyulun 21-də baş vermiş qəza haqqında yazıb.

İddia olunur ki, Zakriev “yüksək sürətlə yarışıb və yaşlı ər və arvadın getdiyi avtomobilə çırpılıb”, hər ikisi hadisə yerində ölüb.

Əli Babayev

Əlaqəli Xəbərlər