“Laçın Azərbaycanın suverenliyini möhkəmləndirdi”


“Laçın həm tarixi, həm də siyasi, xüsusilə coğrafi baxımdan Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Tarixi əhəmiyyəti ondan ibarətdir ki, bölgədə mövcud olan çoxsaylı tarixi abidələr və maddi-mədəniyyət nümunələri Laçının qədimdən Azərbaycan torpağı olduğunu sübut edir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elman Vəliyev deyib.

Elman Vəliyev sözlərinə belə davam edib: “Bu faktlar Ermənistan tərəfindən illərlə yayılan yalan və saxta məlumatların — yəni Laçın da daxil olmaqla Qarabağın guya Ermənistan torpağı olması iddialarının — əsassız olduğunu ortaya qoyur. Digər tərəfdən, Laçında əsrlər boyu yaşamış kürd etnik qruplarının mövcudluğu Azərbaycanın polietnik və multikultural bir ölkə olduğunu, burada müxtəlif xalqların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşadığını göstərir.

Siyasi və xüsusilə coğrafi əhəmiyyəti isə Laçının strateji mövqeyi ilə bağlıdır. Bu ərazi mühüm qovşaq rolunu oynayır, Qarabağı Naxçıvanla və Ermənistanla birləşdirən yollar üzərində yerləşir. İşğal dövründə ermənilər Laçın dəhlizi vasitəsilə keçmiş qondarma “Dağlıq Qarabağ Respublikası” ilə maneəsiz gediş-gəliş həyata keçirirdilər. Laçının azad olunması həmin qanunsuz əlaqələrə son qoyaraq Azərbaycanın suverenliyini tam bərpa etdi, bölgədə geosiyasi vəziyyəti Azərbaycanın xeyrinə dəyişdi və Qarabağ üzərində nəzarətin tam təmin edilməsinə imkan verdi”.

Əlaqəli Xəbərlər