ABŞ-da məktəbdə atışma olub


Amerika Birləşmiş Ştatlarının (ABŞ) Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma baş verib.

SİA-nın məlumatına görə, bu barədə ştatın qubernatoru Tim Uolz məlumat verib. “Bu dəhşətli zorakılıq aktına məruz qalan uşaqlarımız və müəllimlərimiz üçün dua edirəm”,- deyə o, sosial media hesabında yazıb.

Uolz bildirib ki, səlahiyyətli şəxslər hadisə yerindədirlər.

Polis isə atəş açan şəxsin zərərsizləşdirildiyini açıqlayıb.

Qurbanların sayı barədə hələlik məlumat verilməyib.

Əlaqəli Xəbərlər