Son dövrlərdə sosial mediada ictimai nəqliyyat vasitələrinin gediş haqlarının artırılması ilə bağlı məlumatlar geniş müzakirəyə çıxıb. Bu məlumatlar müxtəlif istifadəçilər tərəfindən paylaşılsa da, onların həqiqətə uyğunluğu və rəsmi təsdiqi barədə suallar yaranır. Gediş haqqının artması həm iqtisadi, həm də sosial təsirləri ilə gündəmdə qalır və vətəndaşların gündəlik həyatına birbaşa təsir göstərir. Sosial mediada yayılan gediş haqqı artımı ilə bağlı məlumatlara nə dərəcədə etibar etmək olar? SİA-nın əldə etdiyi məlumata görə, dövlət qurumları mövzunu diqqətdə saxlayır və rəsmi açıqlamalar verib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov: “İctimai nəqliyyatda gediş haqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib”.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev: “Gediş haqlarında hər hansı artım yoxdur və bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.