Artan avtomobil qəzalarını necə azaltmaq olar?


Müasir dövrdə avtomobillər həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Hərəkət azadlığını təmin edən nəqliyyat vasitələri, eyni zamanda ciddi təhlükə mənbəyinə də çevrilə bilər. Son illərdə ölkəmizdə və dünyada avtomobil qəzalarının artması cəmiyyət üçün böyük narahatlıq doğurur.

Bəs, bu cür halların baş verməməsi üçün nə etmək lazımdır?

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov SİA-ya açıqlamasında bildirib ki, xüsusilə yüksək sürətlə idarə olunan nəqliyyat vasitələri qəzaların baş vermə ehtimalını qat-qat artırır və bunun nəticəsində çoxsaylı insan həyatı itirilir.

Onun sözlərinə görə, sürətin gətirdiyi ölüm, əslində, insanların bir anlıq diqqətsizliyi və məsuliyyətsizliyinin nəticəsidir: “Avtomobil idarə edən şəxslər hər zaman təmkinli və məsuliyyətli olmalıdırlar. Yol hərəkəti qaydalarına riayət etmək, yalnız şəxsi təhlükəsizlik üçün deyil, həm də digər yol iştirakçılarının həyatını qorumaq baxımından vacibdir. Ən kiçik qayda pozuntusu belə faciəvi nəticələrə səbəb ola bilər. Sürət həddini aşmaq, spirtli içki qəbul edərək sükan arxasına keçmək, telefonla danışmaq və ya diqqəti yayındıran digər hərəkətlər etmək qəza riskini qat-qat artırır”.

Əlaqəli Xəbərlər