Vəkillər Kollegiyasının sədri vətəndaşları qəbul edib


Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərliyi ilə 2025-ci il sentyabrın 5-də vətəndaş qəbulu keçirilib. Bu barədə SİA-ya VK-dan məlumat verilib.

Bildirilib ki, VK-nın inzibati binasında təşkil olunan qəbulda Bakı şəhəri və respublikanın bölgələrindən müraciət edən vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı məsələləri dinlənilib, bütün müraciətlər qeydə alınıb.

Qəbul zamanı qaldırılan hüquqi problemlərin həlli yolları müzakirə olunub, vətəndaşlara müvafiq məsləhət və tövsiyələr verilib. Həmçinin bir sıra məsələlərin operativ həlli üçün tapşırıqlar verilib, araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb və aidiyyəti üzrə tədbirlərin görüləcəyi bildirilib.

Əlaqəli Xəbərlər