Aqlaya Tarasova Rusiyaya narkotik gətirməsinin səbəbini açıqlayıb…


Moskvanın Domodedovo hava limanında qanunsuz maddələrlə saxlanılan aktrisa Aqlaya Tarasova qohumlarından birinin diaqnozu ilə vətəninə narkotik gətirməyə məcbur olduğunu bildirib.

SİA xəbər verir ki, ilkin məlumatlara görə, dərmana Aqlayanın ağır xəstə nənəsi lazımdır.

Bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Aktrisanın vəkilləri onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmənin qapalı keçirilməsini xahiş ediblər.

Məhkəmə iclası mətbuata bağlamaqdan imtina edib.

Vəkil onu da bildirib ki, “müvəkkilin yaxın adamlarından birinin diaqnozunu” iş materiallarına daxil etmək istəyirlər. İstintaq Tarasova barəsində ev dustaqlığı istəyib.

…Müstəntiqin sözlərinə görə, cinayət işi sentyabrın 3-də açılıb, aktrisa avqustun 28-də hava limanında saxlanılıb.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər