Sentyabrın əvvəlindən etibarən Rusiya Ukraynaya qarşı 1300-dən çox zərbə PUA-sı, 900-ə yaxın idarəolunan aviasiya bombası və 50-yə qədər müxtəlif tipli raket atıb. SİA xəbər verir ki, bu barədə Ukraynanın Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında bildirib.
Qeyd olunur ki, sentyabrın ilk həftəsində Rusiya Çerniqov, Xarkov, Odessa, Xerson, Kiyev, Zaporojye, Dnepropetrovsk, Kirovoqrad, Xmelnitski, Jitomir, Volın, İvano-Frankovsk, Rovno və Lvov vilayətlərinə hücumlar təşkil edib.
“Sanksiya təzyiqini gücləndirməliyik, Ukraynaya silah tədarükünü artırmalı və bunların gələcəkdə təkrarlanmasının qarşısını almaq üçün zəmanətlər təmin etməliyik. Uzunmüddətli sülh ancaq real və effektiv təhlükəsizlik təminatları ilə mümkündür”, – Zelenski vurğulayıb.