Qatar sərnişin avtobusuna çırpılıb


Meksikada qatarın sərnişin avtobusuna çırpılması nəticəsində 10 nəfər ölüb, 61 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Meksikanın Atlakomulko şəhərində yük qatarının ikimərtəbəli avtobusa çırpılması nəticəsində 10 nəfər ölüb, 61 nəfər yaralanıb.

Səlahiyyətlilər bildiriblər ki, avtobus sürücüsü qatarı həmrəngli keçiddə keçməyə cəhd edib və bu da qəzaya səbəb olub. Dövlət prokurorluğu qəza ilə bağlı araşdırma başlandığını, 7 qadın və 3 kişinin hadisə yerində öldüyünü açıqlayıb.

Əlaqəli Xəbərlər