…Artıq xəbər verildiyi kimi, çərşənbə axşamı, sentyabrın 10-na keçən gecə ondan çox rus pilotsuz təyyarəsi Polşanın hava məkanını pozub.
SİA-nın məlumatına görə, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosiniak-Kamış sosial şəbəkədə məlumat verib.
…Polşa və müttəfiqlərin radar sistemləri hava məkanını pozan bir neçə obyekti izləyib. Təhdid yarada biləcək obyektlərlə qarşılaşan Silahlı Qüvvələrin Əməliyyat Komandanı onların zərərsizləşdirilməsi barədə qərar qəbul edib.
Bunu nazir bildirib.
Onun sözlərinə görə, təhlükə yarada bilən pilotsuz təyyarələr vurulub. Hazırda vurulan obyektlərin mümkün təsir sahələrinin axtarışı və müəyyənləşdirilməsi işləri aparılır.
Əli Babayev