Polşa üzərində peyda olan pilotsuz təyyarələr itib…





Litvanın Müdafiə Nazirliyi Polşa səmasında dronların görünməsinə münasibət bildirib



…Litva Polşada dronlarla bağlı vəziyyəti ehtiyatla qiymətləndirib. Respublikanın müdafiə idarəsinin rəisi bildirib ki, qəsdən hücuma dair heç bir sübut yoxdur.

Litva Respublikasının müdafiə naziri Dovile Şakaliene hesab edir ki, pilotsuz uçuş aparatlarının Polşanın hava məkanına daxil olması çox güman ki, təsadüfən baş verib.

SİA-nın məlumatına görə, LRT radiostansiyasının efirində o qeyd edib ki, hazırda birmənalı nəticələr çıxarmağa imkan verəcək etibarlı məlumat yoxdur. Onun sözlərinə görə, çox güman ki, pilotsuz təyyarələr sadəcə olaraq nəzərdə tutulan kursdan yayınıblar.

Bundan əvvəl Polşa hökumətinin başçısı Donald Tusk bildirib ki, Polşa ərazisi üzərində potensial təhlükə yaradan pilotsuz təyyarələr məhv edilib.

Tusk da bu cihazların rus olduğunu iddia edib, lakin bu iddianı təsdiq edəcək heç bir dəlil təqdim etməyib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen daha sonra 10-dan çox PUA-nın iştirak etdiyini bildirib.

Rusiya Federasiyasının Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş da öz növbəsində vurğulayıb ki, Polşa tərəfi ölkə ərazisi üzərində vurulan pilotsuz təyyarələrin Rusiya mənşəli olduğunu təsdiq edən heç bir sübut təqdim etməyib.

Əli Babayev

Əlaqəli Xəbərlər