“Zəngəzur dəhlizinin açılışı ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir”


“Zəngəzur dəhlizinin açılması ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Vətən müharibəsindən sonrakı dövrdə kommunikasiya xətlərinin açılması, nəqliyyat artilleriyalarının işə düşməsi mühüm əhəmiyyətə malikdir. Əgər 2020-ci ilin 10 noyabr Bəyanatından sonrakı dövrə nəzər salsaq görərik ki, Rusiyanın əlində kifayət qədər fürsət var idi və bəyannamənin 9-cu bəndi Rusiyaya geniş imkanlar yaradırdı”. Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, Rusiya-Ukrayna müharibəsi, bir sıra geopolitik dəyişikliklər yeni reallıqları yaratdı və 8 avqust tarixində Vaşinqtonda əldə olunan razılaşma Azərbaycan və Ermənistan arasında sülh istiqamətində siyasi iradə və qətiyyətin ortaya qoyulması yeni məzmun formalaşdırdı: “Zəngəzur dəhlizi bu gün bir çox rakursdan mühüm əhəmiyyət kəsb edir, strateji əhəmiyyəti çox yüksəkdir. Eyni zamanda Şərq ilə Qərb arasında bağlantılarda mühüm iqtisadi dividentlər əldə etmək olar. Hesab edirəm ki, dəhlizin açılması ilə ölkələr arasında qarşılıqlı əlaqələr və etimad daha da güclənəcək. Digər tərəfdən isə Zəngəzur dəhlizi Azərbaycan və Ermənistan arasında da təhlükəsizlik sistemini daha da gücləndirəcək”.

Əlaqəli Xəbərlər