Bərdədə 11 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə 1,5 milyon manat ayrılıb


Azərbaycan Prezidenti İlham Əliyev Əmirli-Xanağalı-Uğurbəyli və Alpout-Qarayusifli-Tumaslı avtomobil yollarının əsaslı təmiri üçün vəsaitin ayrılması barədə Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, 15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmiri üçün 1,5 milyon manat ayrılacaq.

Sənədə əsasən, vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.

Əlaqəli Xəbərlər