Çinin şərqində dünyanın ən uzun kanatlı körpüsü açılıb


…Uzunluğu 10 kilometr olan mühəndis strukturu avtomobil və dəmir yolu nəqliyyatı üçün nəzərdə tutulub.

Yaşayış məntəqələri arasında gediş-gəliş müddətini bir saat azaldıb.

SİA-nın məlumatına görə, Çinin şərqindəki Tszyansu əyalətində dünyanın ən uzun əsas keçidi – 1208 metr olan kanatlı körpü açılıb.

“China Daily” qəzetinin məlumatına görə, Yantszı çayı üzərindən yeni keçid Taizhou və Changzhou şəhərlərini birləşdirib.

Uzunluğu 10 kilometr olan körpü avtomobil və dəmir yolu nəqliyyatı üçün nəzərdə tutulub. Yaşayış məntəqələri arasında gediş-gəliş müddətini bir saat 20 dəqiqədən təxminən 20 dəqiqəyə endirib.

Əsas arakəsmə ilə yanaşı, keçidin hər biri 388 metr olan iki yan aşırım var.

Körpünün iki dayağının hündürlüyü 350 metrdir ki, bu da 120 mərtəbəli binanın hündürlüyünə bərabərdir.

Körpü 530 min ton yükə tab gətirə bilir. İstismar etməzdən əvvəl son sınaqdan keçdi: ümumi çəkisi 4,4 min ton olan 110 yük maşını eyni vaxtda onun üzərindən keçdi.

Yantszı üzərindən körpünün tikintisi altı il çəkdi.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər