NASA Çinliləri öz kosmik proqramlarında işləməyi qadağan edib…




Bu, “agentliyin fəaliyyətinin təhlükəsizliyi üçün” edilir…



...SİA-nın məlumatına görə, BBC xəbər verir ki, ABŞ-ın NASA kosmik agentliyi Çin vətəndaşlarının öz sistemlərinə və obyektlərinə girişini məhdudlaşdıraraq, onların tədqiqat üzərində işləməsini effektiv şəkildə əngəlləyib.

Əvvəllər NASA layihələrində podratçı və ya tədqiqatçı kimi iştirak edə bilən çinli mütəxəssislər və tələbələrin agentliyin sistemlərinə girişi sentyabrın 5-də ləğv edilib.

NASA daha sonra məhdudiyyətləri rəsmi olaraq təsdiqləyərək bunun “agentliyin əməliyyatlarının təhlükəsizliyini təmin etmək üçün” edildiyini bildirib.

Qadağa kosmosda liderlik uğrunda sürətlənmiş yarış kontekstində ABŞ və Çin arasında gərginliyi artırır. Vaşinqton əvvəllər çinli astronavtları Beynəlxalq Kosmik Stansiyadan kənarlaşdırıb, indi isə elmi əməkdaşlığı daha da azaldıb.

NASA-nın qərarı ABŞ-da çinli tələbələr və alimlərə qarşı artan şübhələrlə üst-üstə düşür.

Son illər vizaların verilməsində çətinliklər güclənib, casusluqda ittihamlar daha da artıb.

…Biz ikinci kosmos yarışındayıq. Çin bizdən əvvəl Aya qayıtmaq istəyir. Bu, baş verməyəcək.

Bunu NASA Administratorunun səlahiyyətlərini icra edən Şon Daffi deyib.

ABŞ senatorları həmçinin vurğulayıblar ki, ABŞ-ın əsas məqsədi Pekindən əvvəl Aya enməkdir.

Söhbət təkcə simvolik liderlikdən deyil, həm də peykin resurslarına nəzarətdən gedir. Ayda nadir torpaq elementləri, metallar və tibbdə və yüksək texnologiyada istifadə olunan helium aşkar edilib.

Pekin bu cür narahatlıqları “əsassız” adlandıraraq, kosmosun tədqiqinin “bütün bəşəriyyətin rifahı naminə missiya” olmasını müdafiə edir.

Əli Babayev

Əlaqəli Xəbərlər