Cari ilin yanvar-avqust aylarında qızıl istehsalı 43,1 faiz artaraq 2113,4 kiloqram təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, sentyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 58,8 faiz azalaraq 114,5 kiloqram olub.
Hesabat dövrü ərzində gümüş istehsalı 33,2 faiz artaraq 2746,1 kiloqram təşkil edib.
Sentyabrın 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 2,85 faiz azalaraq 577 kiloqram qeydə alınıb.