Azərbaycanda informasiya və rabitə sektorunun gəlirləri 7 faizdən çox artıb


Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin göstərdiyi xidmətlərin dəyəri 2 milyard 401,8 milyon manat təşkil edib. SİA Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz çoxdur.

Göstərilən xidmətlərin 73,7 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 34,4 faizi və ya 825,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Əlaqəli Xəbərlər