“”Formula-1″in ölkə turizminin inkişafı baxımdan vacibdir”


“”Formula-1” bütövlükdə dünyada ən çox baxılan idman növlərindən biridir. Adətən “Formula-1″in keçirilməsi ölkə üçün daha çox turizmin inkişafı, eyni zamanda ölkənin təqdimatı baxımdan vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, “Formula-1″ə baxanların sayını nəzərə alsaq, bu kifayət qədər çoxdur: “Yalnız ölkə gəliri deyil, həm də yayımlayan zaman izləyənlərin sayının çox olması baxımından ölkənin daha yaxından təqdimatına da geniş imkan yaradır. “Formula-1” ölkənin iqtisadi potensialının, infrastrukturunun təqdimatı anlamına gəlir. Bu isə kifayət qədər qlobal bir təqdimatdır. Eyni zamanda “Formula-1” həm də ölkəyə gələn turistlərin sayına təsir göstərir. Belə ki, “Formula-1″ yarışları keçirilən zaman ölkəyə gələn turistlərin sayında artım müşahidə olunur. Bundan başqa təbii ki, ölkəyə gələn turist potensial olaraq yeni bir turistin ölkəyə gəlməsinə xidmət edə bilər. Çünki ölkə ilə bağlı geri qayıtdıqdan sonra məlumat yayır. Bu baxımdan da həm birbaşa, həm də dolayı yoldan ölkənin turizminin inkişafını təşviq edir”.

Əlaqəli Xəbərlər