Teleaparıcı Vladimir Solovyov öz Teleqram kanalında bildirib ki, Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Dimitrovqradın (Ulyanovsk vilayəti) saxlanılan sakini ona qarşı sui-qəsd təşkil etməyi planlaşdırıb.
Federal Təhlükəzislik Xidməti və Ulyanovsk vilayəti üzrə sərhəd xidmətinin əməkdaşları 1989-cu il təvəllüdlü Dimitrovqrad sakinini saxlayıblar.
SİA xəbər verir ki, istintaqın məlumatına görə, o, 2024-cü ilin aprelindən 2025-ci ilin iyununadək Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib və “teleaparıcı Vladimir Solovyova qarşı sui-qəsd planlaşdırıb”.
Bunun üçün şübhəli şəxs teleaparıcının şəhərdə necə hərəkət etdiyini öyrənmək üçün bir neçə dəfə Moskvaya gedib.
Daha əvvəl Federal Təhlükəzislik Xidmətinin region üzrə mətbuat xidməti Ukrayna Təhlükəsizlik Xidməti adından hərbi-sənaye kompleksi (MİK) obyektlərinin yerləşdiyi yer haqqında məlumat toplamaqda şübhəli bilinən Dimitrovqrad sakininin həbsi barədə məlumat vermişdi.
Təqsirləndirilən şəxsə qarşı cinayət işi açılıb; onu 20 ilə qədər həbs gözləyir.
Əli Babayev