Şimali Koreya rəhbəri Kim Çen In bəyan edib ki, Şimali Koreyanın eyni vaxtda nüvə qüvvələri və adi silahlı qüvvələrin inkişafına yönəlmiş yeni siyasət təqdim edəcək. SİA-nın məlumatına görə, bu barədə RBC-Ukrayna Şimali Koreyanın KCNA dövlət xəbər agentliyinə istinadən məlumat yayıb.
Koreya Fəhlə Partiyasının rəhbərliyinin görüşü zamanı Kim Çen In bildirib ki, ölkə tezliklə yeni hərbi siyasət təqdim edəcək.
Kimin sözlərinə görə, yeni kurs “ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsində əsas amilə çevrilməlidir”.
O vurğulayıb ki, nüvə arsenalı çəkindirmə strategiyasının mərkəzi sütunu olaraq qalacaq, lakin eyni zamanda “düşmənlərin istənilən çağırışlarına” qarşı çıxmaq üçün quru, dəniz və hava qüvvələrinin döyüş qabiliyyətini artırmaq lazımdır.
Kim Çen In həmçinin ordu rəhbərliyinə ordunun modernləşdirilməsi, o cümlədən yeni silahların hazırlanması, şəxsi heyətin hazırlığının artırılması və komandanlıq sisteminin təkmilləşdirilməsi üçün müfəssəl plan hazırlamağı tapşırıb.
Analitiklər qeyd edirlər ki, belə bəyanat Pxenyanın təkcə nüvə qalxanı deyil, həm də ənənəvi silahlı qüvvələrini gücləndirmək niyyətindən xəbər verə bilər.
Beynəlxalq ictimaiyyət ənənəvi olaraq Şimali Koreyanın nüvə proqramının genişləndirilməsi ilə bağlı istənilən addımını tənqid edir. ABŞ, Cənubi Koreya və Yaponiyanın yaxın gələcəkdə Kimin çıxışına cavab verəcəyi gözlənilir.
Əli Babayev