Allahşükür Paşazadə Qazaxıstanda beynəlxalq forumlarda iştirak edəcək


Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstana səfər edəcək. SİA xəbər verir ki, səfər zamanı A.Paşazadə sentyabrın 16-da BMT Sivilizasiyalar Alyansı və Astana Qurultayının dini məkanların qorunmasına həsr olunmuş birgə iclasında iştirak edəcək və məruzə ilə çıxış edəcək.

Sentyabrın 17-də isə QMİ sədri Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında çıxış edəcək.

A.Paşazadənin sentyabrın 18-də baş tutacaq Gənc Dini Liderlərin Forumunda da çıxışı planlaşdırılıb.

Qeyd edilib ki, Dünya və ənənəvi Dinlərin VIII Qurultayı “Dinlərin dialoqu – gələcək naminə sinerji” mövzusuna həsr olunub. Şeyxülislam A. Paşazadə 23 illik tarixə malik Astana Qurultaylarının daimi iştirakçısı və Qurultayın Katibliyinin üzvüdür.

Əlaqəli Xəbərlər