Rusiyanın Britaniyadakı səfiri XİN-ə çağırılıb


Böyük Britaniya Rusiyanın NATO hava məkanını pozmasına cavab olaraq bu ölkənin Londondakı səfiri Andrey Kelini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyi ötən həftə Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Polşa üzərində, daha sonra isə şənbə günü Rumıniya hava məkanına daxil olmasının tamamilə qəbuledilməz olduğunu deyib.

“Böyük Britaniya Polşa, Rumıniya, Ukrayna və NATO müttəfiqləri ilə birlikdə bu məsuliyyətsiz addımları qəti şəkildə pisləyir. Ukraynanın müdafiəsi Avropanın, o cümlədən Birləşmiş Krallığın təhlükəsizliyi üçün həlledicidir”, – deyə açıqlamada qeyd olunub.

Əlaqəli Xəbərlər