…Belarusda “cinayət stajı” olan qaçqınları orduya çağırmağı planlaşdırırlar.
SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, ölkə deputatları belə bir qanun layihəsini nəzərdən keçirirlər. O cümlədən, Belarusun hərbi vəzifə və hərbi xidmət haqqında qanununa əlavə və dəyişikliklər hazırlanır.
Dəyişiklik və əlavələr müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınan və barələrində cinayət işi başlanmış və ya məhkəmə icraatı aparılan vətəndaşların hərbi xidmətə cəlb edilməsi imkanlarına aiddir.
…Hərbi çağırış tədbirlərindən yayınan və barələrində cinayət işi başlanmış və ya məhkəmə prosesi gedən vətəndaşların hərbi xidmətə cəlb edilməsi imkanları təsbit ediləcək, – deyə qondarma deputat Yuri Maretski şərh edib.
Əli Babayev