Qrem Macarıstan və Slovakiyanı Rusiyadan neft almaqla hədələyir…
Respublikaçı senator Lindsi Qrem deyib ki, Macarıstan və Slovakiya Rusiya neftini almağı dayandırmasa, fəsadlarla üzləşə bilər.
SİA-nın məlumatına görə, bu barədə o, X sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, Donald Tramp Avropadan Rusiya neftini almağı dayandırmağı tələb edərkən haqlıdır.
…Yaxşı xəbər odur ki, Avropa Rusiyadan neft və qaz alışını əhəmiyyətli dərəcədə azaldıb. Rusiya neftinin alınmasına gəlincə, indi demək olar ki, hər şey Macarıstan və Slovakiyadan asılıdır. Ümid edirəm və gözləyirəm ki, onlar bu qana son qoymağımıza kömək etmək üçün tezliklə məsələyə əl atacaqlar. Yoxdursa, bunun nəticələri olmalıdır və olacaq, – deyə o, yekunlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp bütün NATO ölkələri ondan neft almağı dayandırdıqda Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.
Əli Babayev