Modi Hindistanın əsas düşməninin adını çəkib…


…SİA xəbər verir ki, “Times of India” qəzetinin yazdığına görə, başqa ölkələrdən asılılıq Hindistanın əsas düşmənidir.

Baş nazir bunu Narendra Modi Qucarat ştatında çıxışı zamanı deyib.

Portalın məlumatına görə, hökumət başçısı səfəri çərçivəsində bir neçə iri liman infrastrukturu obyektlərinin açılışında iştirak edəcək.

…Hindistanın dünyada ciddi düşməni yoxdur. Hindistanın yeganə düşməni başqa ölkələrdən asılılıqdır. Biz bu asılılığı aradan qaldırmalıyıq. Anlamalıyıq ki, başqalarından nə qədər çox asılı olsaq, uğursuzluq ehtimalı bir o qədər çox olar, – Modi vurğulayıb.

Hindistan öz mallarını dünya üzrə göndərmək üçün hər il xarici şirkətlərə böyük məbləğdə pul ödəyir, baş nazir qeyd edib.

O əlavə edib ki, ölkə “çiplərdən tutmuş gəmilərə qədər” bütün zəruri məhsulların yerli istehsalını təşkil etməlidir.

Baş nazir qeyd edib ki, hökumət gələcək nəsillərin taleyini qumara oynaya bilməz.

Modi onu da əlavə edib ki, sülh, sabitlik və firavanlıq naminə ölkə özünü təmin etməlidir.

Əli Babayev

Əlaqəli Xəbərlər