Tramp: Rusiya gərginləşməyə davam edərsə…





ABŞ Polşa və Baltikyanı ölkələrin müdafiəsinə kömək edəcək. ABŞ prezidenti bəyan edib ki, Rusiya qırıcılarının Estoniyanın hava məkanını pozması onun “xoşuna gəlmir”…



…Rusiya gərginliyi artırmağa qərar verərsə, ABŞ Polşanı müdafiə etməyə kömək edəcək.

SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna ABŞ prezidenti Donald Trampın mətbuata verdiyi bəyanata istinadən məlumat yayıb.

Jurnalistlər Trampdan Rusiya diktatoru Vladimir Putinin gərginliyi davam etdirəcəyi təqdirdə ABŞ-ın Polşa və Baltikyanı ölkələri (Latviya, Litva və Estoniya) müdafiə edib-etməyəcəyini soruşublar.

…Mən bunu edəcəyəm!

Bunu Amerika prezidenti deyib.

Həmçinin, Rusiya qırıcılarının Estoniyanın hava məkanını pozması ilə bağlı son hadisəni şərh edən Tramp bir daha “bunu bəyənmirik”,- deyib.

Əli Babayev

Əlaqəli Xəbərlər