Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və Milli Azərbaycan Tarix Muzeyinin birgə təşkilatçılığı ilə Konstitusiya və Suverenlik ili, həmçinin “27 sentyabr Anım Günü” ilə bağlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbir Bakı şəhərində, Milli Azərbaycan Tarix Muzeyində baş tutub.
Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsi şəhidləri ilə bağlı bir dəqiqəlik sükutla başlayıb. Daha sonra videoçarx nümayiş olunub.
Çıxışlar zamanı YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin üzvü Ceyhun Məmmədov, Milli Azərbaycan Tarix Muzeyinin rəhbəri Nailə Vəlixanlı, həmçinin Vətən müharibəsi şəhidləri və qazilərinin yaxınları söz alıblar. Tədbirdə şəhidlərin xatirəsi ehtiramla yad edilib, onların qəhrəmanlığı qeyd olunub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası himni səsləndirilib. İdman, təhsil və dövlətçilik sahələrində aparılan işlərin əhəmiyyəti vurğulanıb və iştirakçılara minnətdarlıq ifadə edilib.