…Yanacaq böhranı və iqtisadi çətinliklərin Putini atəşkəslə bağlı danışıqlara məcbur etməsi ehtimalı nə dərəcədədir? SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu sualı Kiyevdəki Milli Davamlılıq Araşdırmaları Mərkəzinin direktoru, Ukraynanın Kanada və Keniyadakı səfirliklərinin keçmiş müşaviri Oleq Belokolos cavablandırıb.
…Heç bir çətinliyin onu danışıqlara vadar edəcəyini düşünmürəm. Bu, onu həvəsləndirə biləcək amil deyil. Bu gün biz müharibə maşınının sürətləndiyini görürük. Nə Putinin özü, nə də onun yaxın ətrafı sülhdə maraqlı deyil. Çünki onlar üçün sülh, hazır olmadıqları başqa reallığa dönüş olardı. Oxuduqlarıma və gördüklərimə görə, Putin bugünkü hərbi paradiqmadan rahatdır. Ona əhalini qorxu içində saxlamağa, səfərbərliklər aparmağa, Rusiya daxilində təbliğat kampaniyası aparmağa imkan verir.
Hələlik bu maşın işləyir. Rejimin dəyişməsi üçün real daxili ilkin şərtlər yoxdur. Şəxsən Putin həddən artıq risk altındadır. Hər şey hərbi ssenari üzrə gedəcək…
Mən onun və ya ətrafının ritorikasında ən kiçik dəyişiklik əlamətini belə görmürəm. Bu günlərdə Putin yenidən dünyanı nüvə silahı ilə hədələdi. Bu, növbəti nüvə şantajıdır. Əslində, Kremlin 2022-ci ildən bu gün də tutduğu yanaşma budur və bu gün də davam edir.
Əli Babayev