“Belaruslar sadəcə olaraq silahlarını atıb müharibəyə getməyəcəklər”





Putin Belarusda etiraz əhval-ruhiyyəsi görür..?



…Putin çox gözəl başa düşür ki, belaruslar həm Lukaşenkonun özünə, həm də Rusiya rejiminə sədaqətsizdirlər. 2020-ci il isə bunu bir milyon belarusun Lukaşenko rejiminə etiraza çıxması ilə açıq şəkildə nümayiş etdirdi. Və vəziyyət son beş ildə dəyişməyib. Həmin ərəfədə çoxları həbsxanaya getdi, amma ölkədən getmədi.

Və təbii ki…bu gün belaruslara silah verilib, Ukraynaya göndərilsə, kim bilir nə olacaq.

Güman edirəm ki, Belarus əsgərlərinin çoxu təslim olacaq, sadəcə olaraq silahlarını yerə atacaq və müharibəyə getməyəcək. Bu hisslər hər yerdə var. Onlar təkcə siyasi cəhətdən fəal vətəndaşlar arasında deyil, Belarus əsgərləri arasında da var

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu haqda belaruslu jurnalist Nataliya Radina ukraynalı həmkarı Yevgeni Kiselevun YouTube kanalına verdiyi geniş müsahibəsində Belarus əsgərlərinin Ukraynaya qarşı müharibəyə göndərilməsi ehtimalını şərh edərkən danışıb.

Əli Babayev

Əlaqəli Xəbərlər