Kreml Trampın Ukraynanın xeyrinə verdiyi bəyanatına cavab verib…




Peskov buna gülməyə çalışıb..?



…Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə hazırdır.

SİA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Lakin o, belə bir görüşün şərtini açıqlayıb. Peskov qeyd edib ki, hazırlıq olmadan belə bir görüş “uğursuzluğa məhkum edilmiş piar” olacaq.

Eyni zamanda, Peskov Zelenskinin niyə Kremldə belə bir görüşə qatılmaq istəmədiyi ilə bağlı əsl çaşqınlığını ifadə edib.

…Dialoqa açıqsansa niyə gəlmirsən?.

Bu, Kremlin sözçüsündn soruşuşulub.

O əlavə edib ki, ukraynalılar Rusiyaya “bizim üçün qəbuledilməz olan ölkələrdə – İsveçrə və Avstriyada” görüşlər keçirməyi təklif edirlər.

Peskov Trampın Rusiyanın “kağız pələng” olması ilə bağlı açıqlamasına da toxunub: “Rusiya, şübhəsiz ki, pələng deyil və kağız ayılar yoxdur”.

Əli Babayev

Əlaqəli Xəbərlər